Modern.az

Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı

Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı

Aktual

26 Sentyabr 2025, 17:00

Lənkəranda ahıl şəxsin təqaüd kartından pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV