Modern.az

Universitet şəhidləri andı..

Universitet şəhidləri andı..

Aktual

26 Sentyabr 2025, 17:00

Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə  27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans  keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycan Respublikasının  Dövlət Himni səslənib.

“27 Sentyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda keçirilən konfransda çıxış edən LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən, igid oğullarımızın şucaətindən söz açıb. Bildirib ki, şəhid oğullarımızın qanı bahasına  qazanılan  Zəfər 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də  xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. LDU-da gənclərin  vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən  rektor tələbələrin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 11 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini xüsusi vurğulayıb.

“2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında  27 Sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali  ehtiramın göstəricisi hesab edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, iradəsini, birliyini bir daha bütün dünyaya  göstərdi.

Tarix və onun tədrisi metodikası  kafedrasının  müdiri dos. Kamal Mahmudov, dos. Emin Məlikov mövzu ətrafında  məruzə ediblər. Məruzələrdə  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən, həmin dövrdə ölkədə yaşanan böyük vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən, ordumuzun misilsiz döyüş taktikasından, LDU-da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən söz açılıb.

Qeyd edək ki, konfrans iştirakçıları tərəfindən I tədris korpusunda LDU şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi və şəhid məzun Vüsal Kazımovun  məzarı  ziyarət olunub.

Sizə yeni x var
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur