Modern.az

Samuxda “Anım günü”nə həsr olunmuş ümumrayon tədbiri - FOTOLAR

Samuxda “Anım günü”nə həsr olunmuş ümumrayon tədbiri - FOTOLAR

Aktual

27 Sentyabr 2025, 12:20

27 sentyabr 2025-ci il tarixdə Samux şəhərində Samux Şəhidləri Kompleksinin önündə “Anım günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və işçiləri, Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq  Samux Şəhidləri Kompleksinin qarşısına gül dəstələri düzərək xatirələrini yad ediblər.

Saat 12:00-də vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb və səs siqnalları verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur