Modern.az

Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilir

Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilir

Aktual

27 Sentyabr 2025, 13:20

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik, Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu, Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 mindən artıq müxtəlif cinsli ağac tingi əkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur