Modern.az

Lənkəranda həyətləri sel basdı - FOTOLAR

Lənkəranda həyətləri sel basdı - FOTOLAR

Aktual

27 Sentyabr 2025, 13:53

Lənkəranda yağan intensiv yağışlar şəhər ərazisində müəyyən çətinliklərə səbəb olub.

Modern.az xəbər verir ki, ötən gün axşam saatlarında müşahidə olunan güclü yağış nəticəsində şəhərin bir sıra küçələrində sel suları yaranıb və həyətlərə dolub. Nəticədə nəqliyyatın hərəkətində məhdudiyyətlər müşahidə edilib.

Əsasən Z.Əliyeva və Səttarxan küçələrində çətinliklər daha çox qeydə alınıb. Sel sularının təsirinə məruz qalan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda həyətlərdə yığılan suların çəkilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Lənkəranda leysan xarakterli yağış davam edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur