Modern.az

İranda daha bir İsrail casusu edam edildi

İranda daha bir İsrail casusu edam edildi

29 Sentyabr 2025, 11:08

Sentyabrın 29-da İran İsrailin xeyrinə casusluq ittihamı ilə təqsirləndirilən Bəhmən Şubi-əsl adlı şəxsi edam edib.

Modern.az xəbər verir ki, İranın “Mizan” xəbər agentliyi bu adamın “İsrailin İrandakı ən mühüm casuslarından biri” olduğunu vurğulayıb.

İran tərəfi bildirib ki, İsrailin xarici kəşfiyyat xidməti “Mossad” bu şəxs vasitəsilə İranın dövlət qurumları haqqında məlumat əldə edib, həmçinin İrana elektron avadanlıq idxalını araşdırıb.

“Reuters”in məlumatına görə, son aylarda İran İsrailin xeyrinə casusluqda ittiham olunan 10 nəfəri edam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV