Modern.az

Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu DANIŞDI

Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu DANIŞDI

Aktual

29 Sentyabr 2025, 20:51

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 

Modern.az-a məşhur tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev bildirib ki, Ramiz müəllimin bir neçə gün öncə səhhətində problemlər yaranıb. 1 il əvvəl böyrək çatışmazlığı ilə əlaqədər müəyyən müalicələr alıb.

“Bir neçə gün bundan əvvəl isə səhhətində ciddi problemlər yarandı. Müayinəyə apardıq və məlum oldu ki, kreatinin səviyyəsi kritik səviyyədə yüksək idi”. 

O qeyd edib ki, tanıdığı həkimlərə müraciət etdikdən sonra Ramiz Quliyevi təcili olaraq xəstəxanaya yerləşdirmək lazım olduğu bildirilib:

“Mən də Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar ən qısa zamanda bizə geridönüş etdilər. Hətta Fondun icraçı direktoru Anar Ələkbərov özü əlaqə saxlayaraq bütün detalları öyrəndi. Hər şeyi izah etdikdən sonra bildirdi ki, dövlətimiz və Heydər Əliyev Fondu bizə dəstək olmağa hazırdır. Bizə də bu böyük stimul oldu, çünki çox gərgin dəqiqələr yaşayırdıq. Dərhal Heydər Əliyev Fondunun dəstəyi ilə Ramiz müəllim Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirildi və həmin günün axşamı Anar Ələkbərov və Mədəniyyət naziri Adil Kərimli atamı ziyarət etdilər, həkimlər bilavasitə Ramiz müəllimin vəziyyətini onlara izah etdi. Biz də çox sevindik ki, dövlətimiz ən yüksək səviyyədə Ramiz müəllimin sağlamlığı ilə bağlı bütün proseslərdə iştirak edir”.

“Mən də gündəlik həkimlərlə ünsiyyətdəyəm. Şükür Allaha ki, yaxşıya doğru irəlləyişlər var. Böyrəklər artıq funksiyalarını bərpa edir. Müəyyən xroniki xəstəliklər də var idi ki, onlar da artıq təhlükəli vəziyyətə gəlib çxırdı. Həkimlər onları da müalicə etmək üçün hər gün müxtəlif müayinələr və prosedurlar edirlər” -deyə Ramiz Quliyevin oğlu bildirib.

“İstərdim ki, fürsətdən istifadə edib bizim üçün belə çətin, önəmli anlarda bizi tək qoymayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirim. Mənə elə gəlir ki, bir az geciksəydik nəticəsi ağır ola bilərdi. Demək olar ki, Ramiz müəllimi xilas etmiş oldular” - sonda o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu