Əməkdar artist Cabir İmanov bu gün vəfat edib.
Modern.az xəbər verir ki, sənət dostları, mədəniyyət xadimləri onun barəsində sosial media hesablarında paylaşım ediblər.
Xalq artisti Aygün Kazımova: "Əziz dostum. Bu çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin".
Xalq artisti Röya Ayxan: "Dünən bir yerdə idik.. bu gün isə. Dəli olmuşam, söz tapmıram".
Aktyor Fərda Xudaverdiyev: "Bir tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim. Anamın vəfatı ilə əlaqədar qardaşımız Tahirlə mənə zəng edib təsəlli verdiyinizdə, nə bilərdik ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan. Əziz qardaşım, Allah sənə rəhmət eləsin, Allah ailənə, doğmalarına, əzizlərinə səbr versin Bu fani dünyadan Azərbaycanımızın "JABA" sı gəldi, yaratdı və getdi".
Müğənni Abbas Bağırov: "Bu xəbər kaş doğru olmayaydı. Cabir İmanov Allah sənə rəhmət eləsin. Sən çox yaxşı insan, çox yaxşı dost idin".