Modern.az

Ceyhun Bayramov keçmiş həmkarına zəng etdi

Ceyhun Bayramov keçmiş həmkarına zəng etdi

Aktual

29 Sentyabr 2025, 17:57

29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

XİN-dən Modern.az verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək