Son vaxtlar Türkiyənin bəzi media orqanları və sosial şəbəkələrində Azərbaycana qarşı yeni dezinformasiya kampaniyasının başladığı müşahidə olunur. Qərəzli məlumatların və saxta xəbərlərin məqsədli şəkildə tirajlanmasına şahidlik edirik.
Belə ki, qarayaxma kampaniyaları əvvəlcə nüfuzu aşağı olan media qurumlarında yayılmağa başlayıb. Məsələn, Azərbaycan dövləti adından "Avroviziya-2026" ilə bağlı "İsrail yoxdursa, biz də yoxuq" kimi saxta xəbərlər tirajlanıb.
Azərbaycan tərəfi isə bu məlumatların yalan olduğunu rəsmi şəkildə açıqlayıb. Davamlı rəsmi açıqlamalara baxmayaraq, dezinformasiyaların yayılması bu kampaniyanın məqsədli və qərəzli xarakter daşıdığını göstərir.
Modern.az AzTV-nin videomaterialınını təqdim edir: