Modern.az

Azərbaycanın yeni iqlim planları var

Azərbaycanın yeni iqlim planları var

Aktual

30 Sentyabr 2025, 09:56

Azərbaycanın yeni iqlim planları var.

Modern.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu planların əsas hədəfi iqlim dəyişikliyinə qarşı mübarizədir.

M.Babayev Bakıda keçirilmiş COP29-da yaşıl iqtisadiyyata keçidin də geniş müzakirə edildiyini xatırladıb:

"Energetika təhlükəsizliyi və onun ixracı müzakirə edildi. Enerji tranzitinin növbəti mərhələsini, təmiz energetika məsələsini də nəzərdən keçirmişik. COP29-da təmiz hidrogenin tənzimlənməsi 60 ölkə arasında müzakirə edilib".

COP29 prezidenti əlavə edib ki, Azərbaycan energetika sisteminin çevik olmasına çalışır:

"Bərpaolunan energetikaya keçidi təmin etmək üçün müzakirələr davam etdirilir. Bu gün biz iqlim dəyişikliyinə qarşı mübarizə aparırıq. Bu sahədə müəyyən kritik siqnalların olduğunu nəzərə alsaq, özəl sektorun da prosesə qoşulması lazımdır. Azərbaycan yaşıl energetika sahəsinə sərmayələr qoyur. Bu istiqamətdə hədəfləri və milli prioritetləri müəyyən edirik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...