Modern.az

"Azərkosmos"un ixrac etdiyi xidmətin dəyəri 11 milyon dolları ötüb

"Azərkosmos"un ixrac etdiyi xidmətin dəyəri 11 milyon dolları ötüb

Aktual

30 Sentyabr 2025, 10:48

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Modern.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollar ilə Birləşmiş Krallıq, 2,3 milyon dollar ilə Lüksemburq, 569,5 min dollar ilə Nigeriya, 537,9 min dollar ilə Türkiyə, 530,4 min dollar ilə İsveç qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...