Modern.az

Bu maşınların arxasınca hərəkət etmək qadağandır

Bu maşınların arxasınca hərəkət etmək qadağandır

Aktual

1 Oktyabr 2025, 09:30

Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur.

Modern.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sürücülərə müraciətdə bildirilir ki, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər. Bu hallar operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur və digər hərəkət iştirakçılarını qəza riski ilə üz-üzə qoyur.

Qanunun 48-ci maddəsinə görə, “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” və digər xüsusi təyinatlı avtomobillər üstün hərəkət rejiminə malikdir və onların müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır.

İnzibati qanunvericiliyin 331-ci maddəsinə əsasən isə belə qayda pozuntusuna görə 100 manat məbləğində cərimə tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi əməl etsinlər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!