Modern.az

Samuxda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” qeyd edildi - FOTOLAR

Samuxda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” qeyd edildi - FOTOLAR

Aktual

1 Oktyabr 2025, 16:01

Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilib. 

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev başda Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb.

Samux rayon Prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib.

İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işlərində fərqlənən rayon prokurorluğunun əməkdaşları  Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.

146636214663631466364

1466365

1466366

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?