Modern.az

ARTSHOPAZ platforması təqdim edildi

ARTSHOPAZ platforması təqdim edildi

Aktual

1 Oktyabr 2025, 16:11

“Avropa Tələbələr Forumu-Sumqayıt ” ictimai birliyi Azərbaycan Respublikasinin Gənclər Fonduna maliyyə dəstəyilə reallaşan “Dekorativ-tətbiqi sənətinin ARTSHOPAZ platformasının mobil tətbiqin hazırlanması” adlı layihəsinin təqdimatını keçirib.

Modern.az xəbər verir ki, təqdimat “AzeRobot education” robototexnika tədris mərkəzində baş tutub.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin Avropada tanıdılması, yerli bazarın unikal və yaradıcı dekorativ-tətbiqi sənət əsərlərini, zəngin mədəniyyəti nümayiş etdirən sənətkarların digər nəcib işlərini dünya ticarət platformasına çıxışını təmin etməkdir. 

ARTSHOPAZ mobil tətbiqi vasitəsilə sənətkarlıqla məşğul olan gənclər bir çətir altında toplanaraq öz məhsullarını asanlıqla satışa çıxara biləcəklər. Sənətkarlar ARTSHOPAZ mobil tətbiq vasitəsilə həm lokal, həm də qlobal bazarda öz kütləsini formalaşdıra və portfolio yaradaraq, karyera yoluna başlanğıc edə biləcəklər.

Gələcəkdə mobil tətbiqin müntəzəm olaraq yenilənməsi və təkmilləşdirilməsi təmin ediləcək. Bu yeniliklər, istifadəçilərin ehtiyaclarına uyğun olaraq yeni funksiyaların əlavə edilməsini və mövcud funksiyaların inkişaf etdirilməsini əhatə edəcək. İstifadəçilərə daimi texniki dəstək göstəriləcək. ARTSHOPAZ mobil tətbiqini Android əməliyyat sistemi istifadəçiləri Play Market, yaxud rəsmi adı ilə Google Play Store yükləmək və yeniləmək mümkündür.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?