Modern.az

Zelenski bu gün Avropa liderləri ilə görüşəcək

Zelenski bu gün Avropa liderləri ilə görüşəcək

Aktual

2 Oktyabr 2025, 16:05

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 2-də Kopenhagendə Avropa liderləri ilə görüşəcək.

Modern.az-ın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.

Zelenskinin bu gün Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları qarşısında çıxışı planlaşdırılır.

Qeyd edək ki, böyük ümumavropa tədbirində 50-yə yaxın dövlət və hökumət başçısı, eləcə də Avropa İttifaqı liderləri iştirak edir.

Qeyd olunur ki, Ukrayna lideri daha sonra Danimarkanın baş naziri ilə birgə mətbuat konfransı keçirəcək və orada avropalı siyasətçilərlə görüşün nəticələrini təqdim edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ