Modern.az

Paşinyan Azərbaycanla kommunikasiyaların açılacağına söz verib

Paşinyan Azərbaycanla kommunikasiyaların açılacağına söz verib

Aktual

3 Oktyabr 2025, 11:43

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda nəqliyyat əlaqələrinin açılması yaxın gələcəkdə mütləqdir.

Modern.az xəbər verir ki. Paşinyan bu barədə “Ermənistanın dağ-mədən sənayesi” forumunda çıxışı zamanı bildirib.

“Əminəm ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh, o cümlədən regional infrastruktur və nəqliyyat əlaqələrinin gözlənilən açılışı, şübhəsiz ki, yaxın gələcəkdə baş tutacaq, sənaye üçün daha əlverişli mühitin yaradılmasına töhfə verəcək”, - Paşinyan qeyd edib.

O, əmin edib ki, hökumət Ermənistan iqtisadiyyatının strateji sahələrindən biri olan mədənçıxarma sənayesinin davamlı inkişafı üçün şərait yaradılmasına xüsusi önəm verir.

Xatırladaq ki, İrəvan Bakı ilə Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə birləşdirən iki variant təklif edir: dəmir yolu və avtomobil yolu. Hesablamalara görə, dəhlizin uzunluğu 42-43 km-ə çatır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ!