ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağından çəkilməyə razılıq verdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə Truth Sosial şəbəkəsində yazıb:
"Danışıqlardan sonra İsrail HƏMAS ilə göstərdiyimiz və paylaşdığımız ilkin geriçəkilmə xətti ilə razılaşdı. HƏMAS bunu təsdiqlədikdə, atəşkəs dərhal qüvvəyə minəcək, girov və əsir mübadiləsi başlayacaq. Sonra geri çəkilmənin növbəti mərhələsi üçün şərait yaradacağıq ki, bu da bizi 3000 illik fəlakətə son qoymağa yaxınlaşdıracaq”.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu israilli girovların “tezliklə” qaytarılacağını açıqlamışdı.
Şənbə günü ABŞ prezidenti HƏMAS-ın sülhə hazır olduğunu əsas gətirərək İsraili Qəzzanı bombalamağı dərhal dayandırmağa çağırıb. Tramp Fələstin qrupundan aldığı məktubu da dərc edib.