Modern.az

Mərdəkan yolunda yenilik! - Sürücülərin nəzərinə

Mərdəkan yolunda yenilik! - Sürücülərin nəzərinə

Aktual

6 Oktyabr 2025, 13:24

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir.

Modern.az xəbər verir ki, bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb.

Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum