İran Xarici İşlər Nazirliyi üç Avropa ölkəsinin nüvə məsələsinə yanaşmasının gələcək danışıqların gedişatını dəyişdiyini bəytan edib.
Modern.az xəbər verir ki, bunu nazirliyin sözçüsü İsmail Bəqayi bazar ertəsi keçirdiyi mətbuat konfransında ildirib. O əlavə edib ki, Tehran bu mərhələdə ABŞ-la danışıqlar aparmaq niyyətində deyil.
Baqai nüvə danışıqlarında iştirak edən üç Avropa ölkəsinin son davranışlarını tənqid edərək, onların mövqeyini “məsuliyyətsiz və dağıdıcı” adlandırıb.
Onun sözlərinə görə, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) mübahisələrin həlli mexanizmindən sui-istifadə edib. Halbuki onların İranıa danışıqlarda iştirakı üçün ilkin şərtləri tamamilə əsassızdır.
Baqainin sözlərinə görə, İran MAQATE ilə öz mühafizə öhdəliklərinə uyğun olaraq konstruktiv dialoq aparıb və Agentliyi qane edən yeni əməkdaşlıq çərçivəsinə nail olub. Avropa əvvəlcə bunu alqışlasa da, sonradan bu üç ölkə dəstəyini geri götürüb. O qeyd edib ki, üç Avropa ölkəsi tərəfindən atılan addımlar “rasional hesablama və ya hüquqi aspektləri nəzərə almaqdan daha çox ABŞ-ın tələblərinə əməl etməkdə inadkarlıqla diktə edilib. İranın bu məsələdə mövqeyinin Çin və Rusiya tərəfindən də dəstəkləndiyini deyən Baqai əlavə edib ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi “bu hərəkətlərin qanunsuz olduğunu tez bir zamanda göstərib”.
İran da Təhlükəsizlik Şurasında Katibliyin davranışı ilə bağlı öz etirazını və tənqidini rəsmi şəkildə bildirib.
Qeyd edək ki, üç Avropa ölkəsi BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsi ilə nəticələnən “snapback mexanizmi” adlanan təşəbbüslə çıxış ediblər.