Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.