Modern.az

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxs intihara cəhd etdi

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxs intihara cəhd etdi

Aktual

7 Oktyabr 2025, 09:24

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

Modern.az xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı. (Mənbə APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum