Modern.az

Şəmkirdə arvadını qətlə yetirən şəxs tutuldu

Şəmkirdə arvadını qətlə yetirən şəxs tutuldu

Aktual

7 Oktyabr 2025, 10:26

Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli şəxs tutulub.

Bu barədə Modern.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!