Şəmkirdə baş verən qətlə hadisəsində ərlə arvadı aralamaq istəyən övladları da bıçaq xəsarət alıb.
Modern.az-ın məlumatına görə, xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyevdir. Onun vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.
Bildirilib ki, 06.10.2025-ci il tarixində saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.