Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın Rusiyadakı biznesini tamamilə satdığı məlum olub.
Modern.az xəbər verir ki, R.Vardanyan “Atom elektrik avtomobili” layihəsindəki payını sataraq Rusiya avtomobil sənayesini tamamilə tərk edib.
“Kommersant”a məlum olub ki, Vardanyanın “Kama"nın əsas səhmdarı olan“Vosxod” MMC-dəki 25%-lik payı şirkətin özünə keçib.
KamAZ-ın baş direktoru Sergey Koqoqin (37,5%) və Spektr MMC (37,5%) indi "Vosxod"un ortaq sahibləri olaraq qalır.
2024-cü ilin payızında Vardanyan KamAZ-ın ortaq sahibi olmaqdan da çıxmışdı. Mütəxəssislər hesab edirlər ki, erməni iş adamının layihəni tərk etməsi onun düşdüyü vəziyyətlə bağlıdır.