Modern.az

Fizika üzrə Nobel mükafatı bu şəxslərə verildi

Fizika üzrə Nobel mükafatı bu şəxslərə verildi

Aktual

7 Oktyabr 2025, 13:56

Oktyabrın 7-də Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Modern.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyası 2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Mişel H. Devoret, Con M. Martinisə “makroskopik kvant mexaniki tunelin kəşfi və elektrik dövrəsində enerjinin kəmiyyətinin müəyyən edilməsinə görə” verilməsi barədə qərar qəbul edib.

Bu alimlərin superkeçirici elektrik sistemi bir vəziyyətdən digərinə keçə bilir. Onlar, həmçinin göstəriblər ki, sistem kvant mexanikasının proqnozlaşdırdığı kimi, enerjini xüsusi ölçülərdə udub buraxır.

Xatırladaq ki, ötən il fizika üzrə Nobelə John J. Hopfield və Geoffrey E. Hinton layiq görülüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!