Modern.az

Türk Dünyası Mediatorlar Birliyi təsis edildi

Türk Dünyası Mediatorlar Birliyi təsis edildi

Aktual

8 Oktyabr 2025, 19:33

Türk Dünyası Mediatorlar Birliyi Ankarada təsis edilib.

Modern.az xəbər verir ki, müvafiq sərəncam Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Təşəbbüs Mediasiya Şurasının təklifi və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) dəstəyi ilə irəli sürülüb.

Qurumun yaradılması Türk dövlətləri arasında mediasiya, diplomatiya və hüquqi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada