Modern.az

Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Aktual

9 Oktyabr 2025, 12:47

Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib. 

Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb. 

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi