Modern.az

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO

Aktual

9 Oktyabr 2025, 15:13

Bakıda cibgirlik edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub. Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.

Araşdırmalar davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var