Modern.az

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib - FOTO

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib - FOTO

Aktual

9 Oktyabr 2025, 14:06

Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimləri Sabirə Bayramova və Hicran Verdiyeva magistratura səviyyəsində təhsil alan tələbələrlə psixoloji mövzuda görüş keçiriblər.

Modern.az xəbər verir ki, GDU-nun əməkdaşları gənclərin ümumi psixoloji vəziyyətinin yaxşılaşdırılması, ailələr və gənclər arasında yaranan problemlər və onların aradan qaldırılması yolları haqqında maarifləndirici söhbətlər aparıblar.

Görüş zamanı tələbələr arasında psixoloji maarifləndirmənin vacibliyi, psixoloji xidmət sahəsinin insan sağlamlığı üçün əhəmiyyəti, psixoloji problemləri yaradan şərait və amillər, belə halların erkən aşkarlanması kimi məsələlərə toxunulub.

Psixologiya kafedrasının baş müəllimləri Sabirə Bayramova və Hicran Verdiyeva Magistratura şöbəsində fəaliyyət Psixoloji məsləhət xidmət kabineti və psixoloji xidmət üçün məsləhət cədvəli haqqında məlumat veriblər, tələbələrin qarşılaşdıqları psixoloji problemləri dinləməyə hazır olduqlarını diqqətə çatdırıblar.

Auditoriya ilə interaktiv formada davam edən görüşdə gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi