Modern.az

Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

10 Oktyabr 2025, 14:46

Sabirabad rayonunda həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Xəsarət alan şəxs ölüb.

Modern.az xəbər verir ki, hadisə ötən gün Sabirabad rayonu Qaragüney kəndində qeydə alınıb. Yaranan mübahisə zamanı Qaragüney kənd sakini X.Muradov həmkəndlisi T.İsrafilovu bıçaqlayıb. Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyata götürülsə də, həkimlərin səyinə baxmayaraq ölüb.

Bıçaqlanma hadisəsini törədən X.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV