Modern.az

Beynəlxalq konfransın iştirakçıları Zəngilanda...

Beynəlxalq konfransın iştirakçıları Zəngilanda...

Aktual

11 Oktyabr 2025, 13:40

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Zəngilana gediblər.

Modern.az xəbər verir ki, qonaqların Zəngilan səfəri zamanı Ağalı kəndində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün beynəlxalq konfrans iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığı ziyarət ediblər.

Sonra qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa səfəri vaxtı beynəlxalq konfrans iştirakçıları vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olublar. (AZƏRTAC)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanla mübahisə etdi