Modern.az

Agentliyin strukturu yenidən təşkil edilir

Agentliyin strukturu yenidən təşkil edilir

Aktual

13 Oktyabr 2025, 15:30

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur.

Modern.az-ın məlumata görə, bununla bağlı Agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb.

Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə daxil olan qurumların yenidən təşkili və ləğv edilməsini Azərbaycan Prezidenti həyata keçirir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında ADSEA-nın yeni strukturu təsdiq edilib. Bununla da qurumun tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb. (Mənbə: APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası