Modern.az

Xəzərin sahilində suiti cəsədləri tapıldı

Xəzərin sahilində suiti cəsədləri tapıldı

Aktual

13 Oktyabr 2025, 15:55

Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.

Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumların nümayəndələri dərhal əraziyə baxış keçiriblər.

Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək