Modern.az

BMU-da Zəfərin 5 illiyi münasibətilə idman turniri - FOTOLAR

BMU-da Zəfərin 5 illiyi münasibətilə idman turniri - FOTOLAR

Aktual

13 Oktyabr 2025, 16:50

Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyi münasibətilə idman turnirinə start verilib.  BMU Həmkarlar İttifaqı Komitəsi, İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada əməkdaş və tələbələr şahmat, dama, həmçinin futbol üzrə mübarizə aparırlar. 

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, turnirin əsas məqsədi universitet kollektivində həmrəylik, dostluq və Qələbə ruhunu yaşatmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir. 

Turnir 31 oktyabr tarixində başa çatacaq. Qaliblər 8 Noyabr-Zəfər Günü ərəfəsində diplom və hədiyyələrlə təltif olunacaqlar. 

Sizə yeni x var
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası