Modern.az

Laçına daha 30 ailə köçürüləcək

Laçına daha 30 ailə köçürüləcək

Aktual

14 Oktyabr 2025, 12:36

"Ümumilikdə Laçına 3 650 sakin köçürülüb. Gələn il Laçında dörd yeni yaşayış məntəqəsinin tikintisinə başlayacağıq".

Modern.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O qeyd edib ki, Laçında yaşayanlar, çalışanlar və xidmət edənlərin ümumi sayı 4 500-5 000 arasındadır:

"Yəni bu gün orada tam həyat qurulub, infrastruktur təşkil olunub və işlər davam etdikcə sakinlərin köçürülməsi də həyata keçiriləcək. Bu ilin sonunadək biz Laçına 30 ailənin köçünü təşkil edəcəyik. Hazırda bununla bağlı son tamamlama işləri gedir. Yəni köçəcək ailələr üçün evlərin tikintisinin başa çatdırılması işləri aparılır. Xüsusilə yolların təzələnməsi işləri görülür".

M.Məmmədov əlavə edib ki, Laçınla bağlı gələn il üzrə böyük planlar reallaşacaq:

"2027-2030-cu illər üzrə daha böyük məqsədlərimiz var. Hədəflərimiz böyük olduğundan çalışırıq ki, ardıcıl, məqsədyönlü və məntiqi addımlarla irəliləyək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir