Modern.az

5 ölkə hərbi təlimlərə başladı - Azərbaycan da var

5 ölkə hərbi təlimlərə başladı - Azərbaycan da var

Aktual

14 Oktyabr 2025, 19:55

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib.

 

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

 

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

 

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir