Modern.az

Ramiz Mehdiyev olayının siyasi ayağı KİMLƏRDİ...

Ramiz Mehdiyev olayının siyasi ayağı KİMLƏRDİ...

Aktual

15 Oktyabr 2025, 15:53

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bəzi müxalifət qüvvələri ilə də əlaqələrinin olması barədə iddialar var. Bununla bağlı əvvəllər bir neçə nəfər çıxış edib. Onlardan biri də REAL Partiyasının sədri Natiq Cəfərlidir.

Natiq Cəfərli Modern.az-a bildirib ki, bəzi siyasi partiyaların və şəxslərin Ramiz Mehdiyev və onun komandası ilə əlbir olduğunu, ən azı əlaqəli olduğunu görmək mümkün idi:

“Harada siyasi proseslərə ziyan vuracaq addımlar atılmalıydısa, atılırdı. Məsələn, 2013-cü ildə Azərbaycanda Prezident seçkiləri zamanı Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi, eləcə də müxalifətin böyük bir qisminin onu dəstəkləməsi bizdə etiraz doğurmuşdu. Buna görə də Milli Şuraya qoşulmaqdan imtina etdik və bəyanat imzaladıq. O zaman biz bunu görürdük ki, kənar müdaxilələr var. Amma indi istintaq getməlidir, həmin şəxslər ortaya çıxarılmalıdır. Çünki dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək kimi ciddi ittihamlar səsləndirilibsə, deməli, bu işləri 87 yaşlı Ramiz Mehdiyev təkbaşına həyata keçirə bilməz. Məsələnin siyasi, iqtisadi və məmur qanadı var”.

N.Cəfərli vurğulayıb ki, məsələnin xüsusilə də siyasi ayağı araşdırılmalıdır:

“30 illik siyasi səhnəni korlayan hansısa bir xətt, münasibətlər varsa, üzə çıxarılmalı, bu məsələ birdəfəlik həll olunmalıdır. Məntiq onu deyir ki, bundan sonra proses daha axarlı şəkildə davam edəcək. Çünki dövlətə xəyanət ittihamı həddindən artıq ağırdı və təkbaşına bir nəfərin görəcəyi iş deyil. Dünya praktikasında da bunu görmüşük. Dövlət çevrilişinə cəhddə mütləq siyasi, iqtisadi qanad, məmurlar, hüquq-müfhafizə orqanları, ordunun müəyyən hissəsi iştirak edib. Biz bunu Türkiyədəki FETÖ hadisələrində gördük. Azərbaycanda da əgər belə bir çete varsa, bunlar dövlət orqanlarından, siyasətdən təmizlənməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı