Modern.az

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən ÇIXARILACAQ

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən ÇIXARILACAQ

Aktual

17 Oktyabr 2025, 16:18

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılacaq.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev akademik tituluna sahibdir. O, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
Akademik adı Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə verilir. 

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ