Modern.az

Gəncə Dövlət Universitetində professor-müəllim heyətinə təlim keçirilib

Gəncə Dövlət Universitetində professor-müəllim heyətinə təlim keçirilib

Aktual

17 Oktyabr 2025, 17:26

Gəncə Dövlət Universitetində “Əlilliyi olan tələbələr üçün Mərkəz”də İnklüziv təhsillə bağlı növbəti təlim professor-müəllim heyəti üçün təşkil olunub.

“İnklüziv təhsilin tətbiqi və uşaqyönümlü pedaqogika” mövzusunda olan təlimdə Ümumi pedaqogika kafedrasının baş müəllimi, İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrdən və  sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqətdən danışıb.

Ümumi pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyev Universitetdə pedaqoji heyət üçün davamlı təşkil edilən təlimlərin və sağlamlıq imkanları məhdud tələbələrlə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Təlimdə Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün Mərkəz” və sağlamlıq imkanları məhdud tələbələr üçün yaradılan imkanlar haqqında söhbət açılıb. Qeyd olunub ki, GDU-da təhsil alan sağlamlıq imkanları məhdud tələbələrin dərslərdə və imtahanlarda rahat iştirakını təmin etmək məqsədilə inklüziv dəyərlər əsasında inklüziv mühit formalaşdırılıb və təhsilin hamı üçün əlçatan olması üçün mühüm işlər görülüb.

Təlim çərçivəsində Ümumi pedaqogika kafedrasının baş müəllimi, İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova hər bir tələbə üçün bərabərhüquqlu təhsil mühitinin formalaşdırılması, sağlamlıq imkanları məhdud tələbələrin hüquqlarının təmin olunması, onların təhsilə bərabər çıxış imkanlarının yaradılması və inklüziv dəyərlərlə bağlı ətraflı maarifləndirici məlumatlar verib.

İnteraktiv formada davam edən təlimdə iştirakçıların fikirləri dinlənilib, İnklüziv təhsillə bağlı ətraflı müzakirələr aparılıb.

 

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ