Modern.az

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytında qalır - FOTO

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytında qalır - FOTO

Aktual

20 Oktyabr 2025, 08:56

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında müzakirələr davam edir.

Ötən həftəsonu ölkə mətbuatı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı barədə fərman imzalandığı bildirilsə də, onun adı hələ də qurumun saytında qalır.

Belə ki, Təhlükəsizlik Şurasının saytında qurumun üzvü olan 13 vəzifəli şəxsin siyahısında  Ramiz Ənvər oğlu Mehdiyevin də adı var.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Ramiz Mehdiyevin DƏHŞƏTLİ CİNAYƏTİ - Şok detallar üzə çıxdı