Modern.az

Azərbaycan - Afrika əməkdaşlığı İstanbulda keçirilən forumda təqdim olundu

Azərbaycan - Afrika əməkdaşlığı İstanbulda keçirilən forumda təqdim olundu

Aktual

20 Oktyabr 2025, 14:30

16–17 oktyabr 2025-ci il tarixlərində İstanbulda keçirilən “5-ci Türkiyə–Afrika Biznes və İqtisadi Forumunda” Azərbaycanı Africa–Azerbaijan Cooperation təşkilatının təsisçisi Rəna Qəfərova təmsil edib.

Modern.az xəbər verir ki, forum çərçivəsində Rəna Qəfərova Afrika ölkələrinin dövlət nümayəndələri, nazirlik rəhbərləri və sahibkarlarla bir sıra mühüm görüşlər keçirib. Görüşlər zamanı o, Azərbaycanın iqtisadi potensialı, investisiya mühiti və Afrika ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib.

Bundan əlavə, Rəna Qəfərova Azərbaycanın zəngin mədəni irsini və qonaqpərvərliyini simvolizə edən xüsusi hədiyyələr təqdim edərək ölkəmizi tanıdıb və forum iştirakçılarını Azərbaycanı ziyarət etməyə dəvət edib.

O, həmçinin qeyd edib ki, gələcəkdə bənzər bir beynəlxalq biznes forumunun Azərbaycanda keçirilməsi planlaşdırılır və bu, Azərbaycan–Afrika əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verəcək.

Əlavə olaraq bildirilib ki, yaxın gələcəkdə Azərbaycan sahibkarları üçün Efiopiyaya genişmiqyaslı biznes tur təşkil olunacaq. Bu səfər çərçivəsində forumlar, B2B və B2G görüşlər, istehsal müəssisələrinin ziyarətləri və əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

Africa–Azerbaijan Cooperation – Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya və strateji əməkdaşlıq körpüsünü yaradan ilk təşkilatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!