Modern.az

71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

Aktual

20 Oktyabr 2025, 16:10

Gəncədə xəstəxanada ölüm olub.

Modern.az-ın məlumatına görə,  hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Belə ki, xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev  ikinci mərtəbədən yerə düşüb. Yaşlı kişi xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Z.Rzayev xəstəxanada müalicə alırmış. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!