Modern.az

Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı

Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı

Aktual

20 Oktyabr 2025, 17:06

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!