3 Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
Modern.az xəbər verir ki, məsələ parlamentin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Təklifə əsasən, Bakı Apellyasiya Məhkəməsinə Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı hakim təyin ediləcək.
Gəncə Apelyasiya məhkəməsinə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun hakim təyin edilməsi təklif edilir.
Sumqayıt Apelyasiya Məhkəməsinə isə Ramin Xəlilov Adilxan oğlunun hakim kimi namizədliyi irəli sürülüb.