Modern.az

Şirvan kanalında batan şəxsin meyiti tapıldı

Şirvan kanalında batan şəxsin meyiti tapıldı

Aktual

21 Oktyabr 2025, 20:47

18.10.2025-ci il tarixində Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!