Modern.az

Ağdamda dəfn edilmişsi: məzar daşı Xocavənddə aşkarlandı

Ağdamda dəfn edilmişsi: məzar daşı Xocavənddə aşkarlandı

Aktual

21 Oktyabr 2025, 23:47

Ağdamda 1988-ci ildə dəfn edilmiş şəxsin məzar daşı Xocavənd rayonunda aşkar edilib.

 

Modern.az xəbər verir ki, 1988-ci ildə rayonun Saybalı kənd qəbiristanlığında dəfn edilmiş Quliyev Məmməd Əmir oğlunun məzar daşı Xocavənd rayonunun Xanoba kəndi ərazisində aşkar edilib. Ərazidə bərpa tikinti işləri ilə məşğul olan işçilər tərəfindən aşkar edilən daş mərhumun oğlu tərəfindən götürülərək məzar olduğu yerə gətirilib.

 

Sözügedən ərazilərdə azərbaycanlılara aid məzar daşlarından küçələrdə, evlərin həyətində daş döşəmə və hörgü işlərində istifadə olunub. Ərazidə başqa məzar daşlarının olduğu deyilir. (Mənbə: APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?