Modern.az

Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - FOTO 

Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - FOTO 

Aktual

22 Oktyabr 2025, 14:58

Oktyabrın 22-də Beynəlxalq səyyahlar Qarabağa növbəti səfərləri çərçivəsində Xankəndi şəhərində olublar. Səfər “International Congress” klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, səyyahlar arasında ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan gələn nümayəndələr yer alıb. Qonaqlar arasında həmçinin MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ vətəndaşı Çarlz Vili (Charles Veley) də olub. Beynəlxalq səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanında olublar. Onlara şəhərin tarixi, işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, Xankəndi 35 il ərzində erməni işğalı altında qalıb.

Səfərin ikinci hissəsində səyyahlar Qarabağ Universitetində tələbə və müəllim kollektivi ilə görüşüblər. Görüş zamanı Xankəndinin hazırkı inkişafı, eləcə də Qarabağ Universitetinin təhsil potensialı və gələcək planları barədə məlumat verilib.

Səfərin məqsədi Qarabağda aparılan bərpa və yenidənqurma işləri, regionun turizm imkanları və mədəni irsi ilə beynəlxalq ictimaiyyətin tanışlığını artırmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!