Modern.az

Azərbaycana getməyə hazıram - Simonyan

Azərbaycana getməyə hazıram - Simonyan

Dünya

22 Oktyabr 2025, 16:12

“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”.

Modern.az xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, - deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri missal göstərib.

Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır.

O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.

“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır