Şimali Kipr Türk Respublikasında keçirilən 19 oktyabr prezident seçkilərinin qalibi Tufan Erhurman bu həftənin cümə günü vəzifəsinin icrasına başlayacaq.
Bunu Modern.az-a açıqlamasında Tufan Erhurmanın mətbuat katibi Tunay Mertekçi bildirib.
Mətbuat katibi Azərbaycanla bağlı sualımıza isə belə cavab verib:
"Təəssüf ki, hələlik nəsə deyə bilmərik. Bu barədə gələn həftədən fikirlərimizi açıqlayacağıq".
Qeyd edək ki, oktyabrın 19-da Şimali Kiprdə seçkilər keçirilib. Ali Seçki Komissiyası Tufan Erhürmanın prezident seçildiyini bəyan edib. Türkiyə tərəfindən dəstəklənən Ersin Tatar isə seçkilərdə ikinci yeri tutub.